agnee Qeydiyyat qaydaları
⇒ Qeydiyyatdan keçmək üçün mobil nömrə, e-mail, login və şifrə tələb olunur.
⇒ Mobil nömrənizi və e-mail ünvanınızı düzgün qeyd etdiyinizdən əmin olun.
agnee Ümumi domen qaydaları
⇒ Domen adı Azərbaycan Respublikasının qanunlarına və əxlaq normalarına uyğun olmalıdır.
⇒ Domen adlarında yalnız ingilis hərflərinin, eyni zamanda rəqəm və “-“ (tire) simvolunun istifadəsi mümkündür.
⇒ Qeydiyyat müddətinin uzadılması üçün ödəniş qeydiyyat müddətinin bitmə tarixindən əvvəl olunmalıdır.
⇒ Göstərilən qaydalara əməl edilmədiyi təqdirdə, domenlər xüsusi xəbərdarlıq edilmədən silinir.
agnee .AZ domen qaydaları
⇒ “.AZ” domen adları minimum 3 simvoldan ibarət olmalıdır.
⇒ Əxlaq normalarına zidd və ya ölkənin milli-mədəni sərvətlərinin adını daşıyan domenlər qeydiyyata alınmır.
⇒ Region adlarına və onların beynəlxalq qısaldılmış adlarına uyğun domenlər qeydiyyata alınmır.
⇒ Brend adlarına uyğun domenlər yalnız müvafiq brendin məxsus olduğu şirkətin rəsmi icazəsi olduğu halda qeydiyyata alına bilər.
⇒ “.AZ” domenlərin qeydiyyatını yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nə sahib olan şəxslər həyata keçirə bilər.
⇒ Şənbə və bazar günləri, eyni zamanda saat 18:00 –dan sonra sifariş edilən “.AZ” domenlər yalnız növbəti iş günündə qeydiyyata göndərilir.
⇒ Qeydiyyat müddəti 1-3 iş günü təşkil edir (İnterval qeyd olunduğu gündən hesablanır).
⇒ NS (nameserver) dəyişmək müddəti 1-24 saat olaraq hesablanır.
agnee Beynəlxalq domen qaydaları
⇒ Domen adları minimum 3 simvoldan ibarət olmalıdır.
⇒ Domeni aktivləşdirmək üçün e-mail ünvanınıza göndərilən təsdiq linkinə daxil olmağınız mütləqdir.
⇒ NS (nameserver) dəyişmək müddəti 1-4 saat təşkil edir.
⇒ E-mail ünvanınızı düzgün daxil etdiyinizdən əmin olun. Xarici domenlərin daxil edilən e-mail ünvanlarının dəyişdirilməsi yalnız domen alındıqdan 60 gün sonra həyata keçirilir.
agnee Məlumatların məxfiliyi
⇒ Domen alarkən daxil etdiyiniz məlumatlar domen satışı həyata keçirən vebsaytların “WHO IS” bölməsində əks olunur.
⇒ Şəbəkə Group-da aldığınız domen siyahısı, qeydiyyat məlumatlarınız, eyni zamanda vebsaytınızda dərc etmədiyiniz məlumatlar üçüncü şəxs tərəfindən görünməyəcək.
agnee Ümumi hostinq qaydaları
⇒ Azərbaycan Respublikasının qanunlarına və əxlaq normalarına uyğun olmayan vebsaytlara hostinq satışı həyata keçirilmir.
⇒ Hostinqdə əxlaq normalarına zidd, xxx və s. kimi faylların yerləşdirilməsinə icazə verilmir.
⇒ Digər sayt və ya serverlərə ziyan vermək məqsədilə hostinqlərin istifadəsi qadağandır.
⇒ Qeyd edilən tarixədək ödənişi baş tutmayan hostinqlər avtomatik olaraq bağlanılır.
⇒ Hostinq ödənişinin vaxtından keçərsə balansınız mənfiyə doğru gedəcək və borc kimi yazılacaq.
⇒ İstifadə müddəti bitdikdən 60 gün sonra ödəniş olunmadığı halda hostinqlər silinə bilər.
⇒ Göstərilən qaydalara əməl edilmədiyi təqdirdə, hostinqlər xüsusi xəbərdarlıq edilmədən silinir.
agnee Şirkətlər üçün hostinq qaydaları
⇒ Saytın ödənişi aylıq yox illik ödənməlidir.
agnee Reseller qaydaları
⇒ Azərbaycan Respublikasının qanunlarına və əxlaq normalarına uyğun olmayan vebsaytlara reseller satışı həyata keçirilmir.
⇒ Resellerdə əxlaq normalarına zidd, xxx və s. kimi faylların yerləşdirilməsinə icazə verilmir.
⇒ Digər sayt və ya serverlərə ziyan vermək məqsədilə resellerlərin istifadəsi qadağandır.
⇒ Qeyd edilən tarixədək ödənişi baş tutmayan resellerlər avtomatik olaraq bağlanılır.
⇒ Reseller ödənişinin vaxtından keçərsə balansınız mənfiyə doğru gedəcək və borc kimi yazılacaq.
⇒ İstifadə müddəti bitdikdən 60 gün sonra ödəniş olunmadığı halda resellerlər silinə bilər.
⇒ Göstərilən qaydalara əməl edilmədiyi təqdirdə, resellerlər xüsusi xəbərdarlıq edilmədən silinir.
agnee VPS qaydaları
⇒ Azərbaycan Respublikasının qanunlarına və əxlaq normalarına uyğun olmayan vebsaytlara VPS satışı həyata keçirilmir.
⇒ VPS-də əxlaq normalarına zidd, xxx və s. kimi faylların yerləşdirilməsinə icazə verilmir.
⇒ Digər sayt və ya serverlərə ziyan vermək məqsədilə VPS-lərin istifadəsi qadağandır.
⇒ Qeyd edilən tarixədək ödənişi baş tutmayan VPS-lər avtomatik olaraq bağlanılır.
⇒ VPS ödənişinin vaxtından keçərsə balansınız mənfiyə doğru gedəcək və borc kimi yazılacaq.
⇒ İstifadə müddəti bitdikdən 60 gün sonra ödəniş olunmadığı halda VPS silinə bilər.
⇒ Göstərilən qaydalara əməl edilmədiyi təqdirdə, VPS xüsusi xəbərdarlıq edilmədən silinir.
agnee Server qaydaları
⇒ Azərbaycan Respublikasının qanunlarına və əxlaq normalarına uyğun olmayan vebsaytlara server satışı həyata keçirilmir.
⇒ Serverdə əxlaq normalarına zidd, xxx və s. kimi faylların yerləşdirilməsinə icazə verilmir.
⇒ Digər sayt və ya serverlərə ziyan vermək məqsədilə serverlərin istifadəsi qadağandır.
⇒ Qeyd edilən tarixədək ödənişi baş tutmayan serverlər avtomatik olaraq bağlanılır.
⇒ Server ödənişinin vaxtından keçərsə balansınız mənfiyə doğru gedəcək və borc kimi yazılacaq.
⇒ İstifadə müddəti bitdikdən 60 gün sonra ödəniş olunmadığı halda server silinə bilər.
⇒ Göstərilən qaydalara əməl edilməyi təqdirdə, server xüsusi xəbərdarlıq edilmədən silinir.
agnee Geri ödəmə qaydaları
Balansa əlavə olunan məbləğin geri götürülməsi yalnız aşağıdakı hallarda mümkündür:
⇒ Təqdim olunan xidmətin (hostinq, reseller, VPS, server və ya domen) fəaliyyətində yaranan problemin səbəbi Şəbəkə Group olarsa, məhsul alındığı tarixdən 24 saat ərzində müştəri xidmətlərimizə bu barədə məlumat vermək şərtilə həmin məbləğ geri ödənilə bilər.
⇒ Əks halda, balansa qoyulan məbləğ yalnız və yalnız xərclənə bilər, geri ödənişin edilməsi mümkün deyil.
agnee Xüsusi qeydlər
Qeyd 1:
Daxil etdiyiniz məlumatların təhlükəsizliyi şirkətimiz tərəfindən qorunur. Digər bir saytın daxili resurslarına müdaxilə qeyri-qanunidir. Bu kimi halların baş vermə ehtimalını nəzərə alaraq, şəxsi məlumatlarınızı sayta yerləşdirməməyinizi tövsiyə edirik. Əks təqdirdə, Şəbəkə Group bununla bağlı məsuliyyət daşımır.
Qeyd 2:
Təhlükəsizlik üçün şifrənizi hər 3 aydan bir yeniləməniz və şifrə olaraq şəxsi məlumatlarınıza (ad, soyad, doğum tarixi, telefon nömrəsi və s.) aid sözləri daxil etməməyiniz tövsiyə olunur.
Qeyd 3:
Sayt məlumatlarınızın hər hansı texniki və ya kənar müdaxilələr səbəbindən itmə, silinmə kimi halların baş vermə ehtimalını nəzərə almağınızı və mütəmadi olaraq baza məlumatlarınızın bir nüsxəsini özünüzdə saxlamağınızı xahiş edirik.